jurnal haqqında
“Filologiya və Pedaqogika: Elmi Araşdırmalar” – urnalı, humanitar elmlər istiqaməti üzrə filologiya və dilçiliyin bütün sahələrinə aid elmi-tədqiqatçılar və əlaqəli sahələrdə mütəxəssislər arasında əməkdaşlığı inkişaf etdirməyə yönəlmiş innovativ, nəzəri və tətbiqi tədqiqatların dərcini dəstəkləyən beynəlxalq, hakimli rəy sistemindən istifadə edilən , açıq -girişli akademik jurnaldır.
İldə 4 dəfə dərc edilir.
Jurnal ;
- orijinal elmi -tədqiqat ;
- nəzəri
- icmal kimi məqalələri ,
eyni zamanda dövlət tədbirləri, Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarının həyata keçirilməsi ilə əlaqədar olaraq, xüsusi buraxılış saylarını da nəşr edir. Eyni zamanda konfranslar, simpoziumlar, ümumiyyətlə, elmi həyatda cərəyan edən hadisələr haqqında məlumatlara da səhifələrində yer verir.
Jurnalın əhatə dairəsinə aşağıdakılar daxildir:
- Filologiya,
- Dilçilik,
- Ədəbiyyatşünaslıq,
- Tərcüməşünaslıq,
- Tətbiqi və Hesablama Dilçiliyi.
Jurnalın əsas məqsədi filologiya elmlərinin inkişafına, humanist yanaşmaların inkişafına , akademik və praktik sahələr arasında əməkdaşlıq imkanlarının yaradılmasına töhfə verən tədqiqat nəticələrini təşviq etmək və yaymaqdır.“Filologiya və Pedaqogika: Elmi Araşdırmalar” jurnalı Azərbaycan, rus, türk (bütün türk dil qrupları), ingilis, alman və fransız dillərində orijinal, yüksək keyfiyyətli elmi məqalələri qəbul edir.
Jurnalda hakimli rəy sistemindən istifadə olunaraq, məqalələr ən azı 2 dəfə yoxlanıldıqdan sonra dərc üçün təsdiqlənir.Akademik və professorlarla yanaşı elmin müxtəlif sahələrində tədqiqat aparan gənc doktorantlar, elmi -tədqiqatçılar da jurnalda məqalə çap etdirə bilərlər.
Müəlliflik hüquqları
Məqalələrin müəlliflik hüquqları, çap olunduqdan sonra “Filologiya və Pedaqogika: Elmi Araşdırmalar” Jurnalının Nəşriyyatı tərəfindən həyata keçirilir. Bununla belə, istifadəçilər naşir və ya müəllifdən əvvəlcədən icazə almadan belə jurnalda çap olunan məqalələrin tam mətnini oxumaq, yükləmək, surətini çıxarmaq, yaymaq, çap etmək kimi hüquqlara sahibdir.
Jurnalda dərc edilən bütün məqalələr üçün Creative Commons Attribution 4.0 Beynəlxalq İctimai Lisenziyasından istifadə edilir (CC BY NC ND 4.0).